Hamiləliyin elə bir fəsadı üzə çıxdı ki... -
Kolumbiya Universitetinin Mailman İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, yüksək məhsuldarlıq və hamiləlik qadınların sağlamlığına mənfi təsir göstərə və qocalmanı sürətləndirə bilər.

Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.

Tədqiqatda 1735 gənc kişi və qadın iştirak edib. Tədqiqatçılar iştirakçıların epigenetik saatlarının vaxtını təhlil edərək onların bioloji qocalma prosesini izləyiblər. Epigenetik saat bir toxuma və ya orqanın bioloji yaşını təyin edə bilən bir sıra DNT markerləridir. Nəticələr göstərib ki, nə vaxtsa hamilə olan qadınların bioloji qocalması sürətlənir. Bu, yüksək məhsuldarlığa malik gənc iştirakçılarda xüsusilə aydın görünüb.

Hamiləlik və bioloji qocalma arasındakı əlaqə, sosial-iqtisadi vəziyyət və qeyri-sağlam vərdişlər kimi müxtəlif digər amillərə nəzarət edildikdən sonra da davam efib.

Qeyd olunub ki, uşaqları olan kişi subyektlərində epigenetik saatın sürətlənməsi müşahidə olunmayıb. Alimlərin fikrincə, bu, həm də qocalmanın hər hansı sosial-mədəni amillər və ya uşağa qulluq ehtiyacından çox, hamiləlik və ana südü ilə sürətləndirilə biləcəyini təsdiqləyir.
 

Dünyapress TV

Xəbər lenti