Üzərlik – Cadugər otunun cana faydası –
Ruslarda və dünyada adı qarmala, suriya rutu, qəbirotu, cadugər bitkisi adlanan üzərlik əsasən Asiyada, Qafqazda bitir.

Şərq insanları bu qəribə bitkinin və toxumlarının beyinə, bədənə, ruha təsir etdiyini qədimdən müəyyən ediblər.

“Medicina” xəbər verir ki, təbabətin atası İbn Sina qarmalanın bihuş edici, təmizləyici, yara açıcı və ağrıkəsici təsiri olduğunu demişdi.

O, özü oynaq və sinir ağrılarında bədəni qarmala yağı ilə bağlamağı tövsiyə edirdi.


Kolit, menstruasiya problemi və sidik saxlamamağın da dərmanı üzərlik imiş.

Üzərlik hələ tam yetişib toxumları açılmamış toplanır.

Üzərlik tüstüsü ilə məbədləri, evləri, insanı, xəstələri qara qüvvələrdən təmizləyirdilər.

Eləcə də bu bitki maqların, cadugərlərin, müxtəlif rituallarla məşğul olan qarıların istifadə etdiyi bitki idi. İnsanın həyatına uğuru gətirib, problemləri uzaqlaşdırırmış.

Alimlər üzərlik tüstüsünün həqiqətən sakitləşdirici, rahatlaşdırıcı, dezinfeksiyaedici təsirini sübut edib.

Onun zökəm, qrip, malyariya, mədə-bağırsaq problemi, yaralar və qıcolmalarda, sinir xəstəliklərində faydalı olduğu bildirilir.

Toxumunun dəmləməsi astma, təngnəfəslik, bronxitdə təsirlidir.

Oynaq, revmatizm, sümük ağrılarında bitkidən isti vanna edirdilər.

Elmi araşdırmalar otun çubuqlarını yandırarkən buxar və tüstüsünün təsirindən dizenteriya, vərəm çöpləri, bağırsaq çöpləri, bakteriya və virusların təsiri azalır, yoluxma riski azalır, xəstəliklər yayılmır.
 

Dünyapress TV

Xəbər lenti