Son zamanlar əksər mətbəxlərin vazkeçilməzi olan fritozlər həm də təhlükə yaradır.
Xüsusilə təkrar eyni yağdan istifadə etməklə bişirilən yeməklərin zərərləri çoxdur.
“Cebhe.info” xəbər verir ki, bu barədə həkim-endokrinoloq Zöhrə Pavlova danışıb.
Onun sözlərinə görə, kartof qızartması, soğan halqaları və xırtıldayan toyuq qanadları yemək təkcə piylənməyə deyil, həm də demensiyaya səbəb ola bilər.
Həkim özünün “Telegram” kanalında qeyd edib ki, bu hazırlanma üsulu ilə yemək çox yağlı və yüksək kalorili olur, tərkibində çoxlu trans yağlar və digər zərərli birləşmələr olur. Pavlova siçovullar üzərində aparılan son araşdırmanın nəticələrinə istinad edərək, fast foodun zehni aydınlığa mənfi təsir etdiyini göstərib:
"Emal edilmiş yağın tez-tez istehlakı neyrodegenerasiyanı artırır".