Başağrısı və miqren varsa bu qidaları yeyin
Bəzi qidalar başağrısı və miqren üçün olduqca faydalıdır. Foodinfo.az xəbər verir ki, aşağıdakı məhsulları istifadə etməklə bu ağrıların azalması və ya dayanmasına kömək edə bilərsiniz. Avokado: Miqrenlə mübarizədə çox təsirli bir qidadır. Lutein və zeaksantin kimi antioksidantlarla zəngin olan avokado şiddətli baş ağrılarına faydalıdır.Əncir: İltihabı azaltmaqda və baş ağrılarını uzaqlaşdırmaqda təsirli olan əncirin tərkibində çoxlu miqdarda kalium var. Gün ərzində əncir yemək miqren ağrıları üçün çox əhəmiyyətlidir.Qızıl balıq: Tərkibində omeqa-3 yağ turşuları və B-2 vitamini olan qızılbalıq tez-tez baş ağrılarından əziyyət çəkənlər üçün möcüzəvi qidadır. O, həmçinin bədəndəki iltihabı azaldır və ağrıları aradan qaldırır.Şirin kartof: Dadlı olması ilə yanaşı, şiddətli miqren ağrıları ilə mübarizədə də mühüm rol oynayır. C vitamini ilə zəngin olan kartofun tərkibində B1 vitamini və kalium var. Baş ağrısından əziyyət çəkəndə şirin kartof yemək ağrıları azaldır və sakitləşdirir.Su: İçməli su qan dövranını artıra və qan damarlarını genişləndirməyə kömək edə bilər. Bu, baş ağrılarını aradan qaldırır. Çünki bəzi baş ağrıları daralmış qan damarlarından qaynaqlanır.Qarpız: Baş ağrısının ən böyük səbəblərindən biri susuzluqdur. Təzə tərəvəz və meyvələr, xüsusilə də yay meyvələri tərkibindəki su ilə gün ərzində baş verə biləcək baş ağrılarının qarşısını alır. Məsələn, ən məşhur yay meyvələrindən biri olan qarpızda həm su, həm də kalium və maqnezium kimi vacib minerallar var.Yerkökü və kərəviz: Su ehtiyacınızı qarşılayan qarpız, kök və kərəviz kimi qidaları qəbul etmək ağrılarınız üçün çox əhəmiyyətlidir. Susuzluq baş ağrılarının əsas səbəblərindən biridir. Bu zaman yerkökünü tez-tez yemək vacibdir.Qatıq: B vitamininin bir hissəsi olan riboflavin qatıqda çox miqdarda olur. Miqrenə qarşı qoruyucu təsiri olan riboflavin tərkibli qatıq, gününüzü ağrısız keçirmək üçün əhəmiyyətlidir.Kinoa: Siyahıdakı ən vacib qidalardan biridir. Tərkibində riboflavin, maqnezium və dəmir olan kinoa miqrenə qarşı olan qidalardandır.
 

Dünyapress TV

Xəbər lenti