Son zamanda qızılca xəstəliyinin sürətlə yayılması cəmiyyətdə böyük narahatlıq yaradır.
Daha çox uşaqlar arasında yayılan bu xəstəliklə bağlı ölüm hallarına da rast gəlinib. Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür.
Həkimlər bildirirlər ki, qızılcanın ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, respublikanın bütün şəhər və rayonları üzrə qızılca əleyhinə peyvənd ilə əhatə olunma 96-98 % arasındadır. Buna baxmayaraq, qızılca ilə bağlı ölüm hallarına rasat gəlinir.
Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan pediatr Aytən İsmayılzadə bildirib ki, qızılcaya qarşı peyvənd statistikası reallığı əks etdirmir:
“Maraqlıdır, peyvəndin vurulub-vurulmadığını kim araşdırıb? Əlində “vaksin kağızı”olan, amma peyvənd olunmayan nə qədər uşaq var".
Xatırladaq ki, pandemiya dövründə də COVID-19 əleyhinə peyvənd vurulmadan “vaksin serifikatı”nın və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə faktlar olub.
"Cebhe.info" bütün bu suallarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu ünvanlayıb.