Fobiya və onun növləriAkrofobiya yunan mənşəli söz olub, “akron” və “fobos” sözlərinin birləşməsindən yaranmışdır; yüksəklik qorxusu mənasını verir. Bu qorxunu yaşayan insanlar yüksək yerlərə qalxdıqda çaxnaşma, narahatlıq, sürətli ürək döyüntüsü, əl titrəməsi, tərləmə, ağlama və başgicəllənmə kimi simptomlar yaşayırlar. Fobiyanın bu növü tez-tez uçmaq qorxusu (aerofobiya) ilə qarışdırılır. Bu qorxunu yaşayan zaman insan əsasən tarazlıq duyğusuna etibar etmir və həmin situasiyada tutunacaq yer axtarır. Təbii ki, yüksək yerlərdə narahatlıq hiss etmək qeyri-adi bir hadisə deyil. Məsələn, bir göydələnin yuxarı mərtəbəsindən aşağı baxarkən başgicəllənmə və əsəbilik hiss edə bilərsiniz. Ancaq bu hisslər çaxnaşmaya səbəb ola bilməz. Akrofobiya isə, olduqca güclü təsirlərə malikdir. Bu halda siz hətta bir körpüdən keçərkən yaxud bir dağ və ya hansına yüksəkliyin fotoşəklini görmək barədə düşünərkən yüksək qorxu hissi keçirə bilərsiniz. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, akrofobiya ən sıx rastlanılar qorxulardan biridir. markzone.az