Tez-tez evlilik təklifi, yataqdan çıxmaq istəməmək:
Obsessiya insanın öz iradəsinə zidd olaraq daim eyni düşüncələri, hissləri və ya davranışları yaşamasıdır.

Bu, insanın həyatını çətinləşdirən, narahatlıq və stress yaradan psixoloji problemlərdir. Mütəxəssislərin fikrincə, müalicə olunmayanda böyük problemlərə yol aça bilər.

Bəs gündəlik həyata mənfi təsir edən obsessiyalar hansılardır?

"Cebhe.info" bununla bağlı araşdırmanı təqdim edir:

*Hər şeydə bir xəritə gördüyünüzü düşünmək obsessiyası

Bu obsessiyası olan insanlar yediklərinin, səmanın, ləkələrin və ya başqa şeylərin xəritəyə bənzədiyini düşünürlər. Bu insanlar baxdıqları hər şeydə qrafik nümunələri tapmağa çalışırlar.

*Evlilik təklifi ilə bağlı daimi obsessiya

Bu obsessiyası olan insanlar daim evlənmək istəyirlər. Bu insanlar qısa müddət ərzində müxtəlif insanlara evlilik təklifləri edirlər.

*Müəyyən sözləri təkrar-təkrar söyləmək obsessiyası

Bu insanlar müəyyən sözlərə xüsusi maraq göstərirlər. Bu insanlarda bu sözləri təkrar-təkrar söyləmək üçün qarşısıalınmaz bir istək var.

*Yataqdan qalxmamaq obsessiyası

Buna sahib insanlar soyuq və qaranlıq günlərdə yataqda qalmaq istəyirlər. Bu insanlar xüsusilə yağışlı və qarlı günlərdə yataqdan qalxmaqda çətinlik çəkirlər.

*Qeyri-ixtiyari hərəkət və ya səslər çıxarma obsessiyası

Bu obsessiyaya olan insanlar *Tourette Sindromu" adlı genetik xəstəlikdən əziyyət çəkirlər. Bu insanlar qeyri-iradi, sürətli, ani hərəkətlər və ya səslər edirlər.

Bu insanların normal intellektə və ömür uzunluğuna sahib olduqları bilinir.

*Yuma vəsvəsəsi

Buna sahib insanlar əllərini daim yumaq istəyirlər. Bu insanlar hər şeyin çirkli olduğuna və mikrob daşıdığına inanırlar.

*Qərarsızlıq obsessiyası

Bu obsessiyaya sahib insanların heç bir şeyə qərar vermək gücü yoxdur. Bu insanlar ən xırda məsələlərdə belə qərar qəbul etməkdə çox çətinlik çəkirlər.

*Saç çəkmə obsessiyası

Buna sahib insanlar saçlarını dartmaqla özlərinə zərər vermək istəyirlər. Bu insanlar saçlarından başqa bədənlərindəki qaş, kirpik, saqqal kimi tükləri də çəkirlər. Bu bədəndə asanlıqla nəzərə çarpan keçəlliyə səbəb olur. Hədiyyə almaq obsessiyası: Buna sahib insanlar tez-tez hədiyyələr almaq istəyirlər. Bu insanlar maddi vəziyyətləri yetərli olmasa belə, hədiyyə almağa həvəs göstərirlər.

Obsessiyalar insanın psixi sağlamlığını pozan, sosial həyatına mənfi təsir göstərən problemlərdir. Bunu müalicə və nəzarət etmək olar. Bu xəstəliyi olan insanlara mütəxəssislərdən kömək istəmələri və müvafiq müalicə üsullarını tətbiq etmələri tövsiyə olunur.
 

Dünyapress TV

Xəbər lenti