Bir paket çay 95 dərəcəyə qədər qızdırılan su ilə dəmləndikdə fincana təxminən 11 milyard mikroplastik hissəcik düşür. Foodinfo.az xəbər verir ki, təcrübələr zamanı bioloqlar müəyyən ediblər ki, mikroplastiklərin qanda, qaraciyərdə və böyrəklərdə toplanması müxtəlif onkoloji patologiyalara gətirib çıxarır.Yaxşı xəbər budur ki, bir fincan içsəniz, bədəninizə zərərli heç bir şey olmayacaq. Mütəxəssislər hesab edir ki, çay dəmləmək üçün daim bu üsuldan istifadə etsəniz, risklər kifayət qədər ciddi ola bilər.Hətta qablaşdırılan elit çay növləri belə xərçəngə səbəb ola bilər.