2 manatlıq dərman 6 manata başa gəlir (VİDEO)
"ATV Xəbər”in növbəti buraxılışında Bakı şəhəri, Qala qəsəbəsi sakinlərinin problemi işıqlandırılıb.

Qaynarinfo xəbər verir ki, qəsəbənin dəmiryol stansiyası adlanan ərazisində aptek problemi yaşanır. İnsanlar 1-2 manatlıq dərman almaq üçün uzaq məsafə qət etməli olduqlarını deyirlər.

Taksidən və digər nəqliyyat vasitəsindən istifadə etməyə məcbur qalan sakinlər, 1-2 manata almalı olduqları dərmanı, 5-6 manat arası xərclə əldə etdiklərini bildirirlər.

 

Dünyapress TV

Xəbər lenti