ABŞ-da tez-tez istehlak edilən bəzi içkilərin tərkibində standartlardan artıq zəhərli metallar aşkarlanıb.
ABŞ-ın Tulane Universitetində aparılan araşdırmada mütəxəssislər meyvə şirələri, bitki mənşəli südlər, qazlı və bənzəri kommersiyada mövcud olan 60 içkinin tərkibini araşdıraraq 25 zəhərli metal müəyyən ediblər.
Araşdırma nəticəsində məlum olub ki, qarışıq şirələr, badam və yulaf kimi bitki mənşəli südlər digər içkilərdən daha çox zəhərli metal ehtiva edir. Bəzi içkilərdə nikel, manqan, bor, kadmium, stronsium, arsen və selenium da daxil olmaqla 25 elementdən 7-nin insan istehlakı üçün nəzərdə tutulan su normalarını aşdığı qeyd edilib. Bu içkiləri istehlak edənİnsanların 93 faizindən çoxunda qurğuşun aşkar edilib.
Tulane Universitetindən tədqiqatın aparıcı müəllifi Tewodros Godebo bildirib ki, bu mövzuda insanların daha çox bilgiləndirməyə ehtiyac var. Arsen, qurğuşun və kadmium bilinən kanserogenlərdir. Xüsusilə uşaqlarda erkən beyin inkişafı dövründə visseral və koqnitiv zədələrə səbəb olduğu sübut edilib. Bu səbəbdən də körpələrə və kiçik yaşlı uşaqlara qarışıq şirələr və ya bitki mənşəli südlərin verilməməsi tövsiyə edilir. Tədqiqatın nəticələri “Journal of Food Composition and Analysis” jurnalında dərc olunub.