Bakıda məşhur aptek sertifikasiyadan keçməyən şəxsi əczaçılıq fəaliyyətinə cəlb edib
Əczaçılıq sahəsində əsas oyunçulardan olan “Buta Farm” şirkəti ilə bağlı inzibati xəta haqqında iş başlanılıb.

Teref.az qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) ilə ittiham edilir.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

İnzibati Xətalar Məcəlləsinin 251.4-cü maddəsində vəzifəli şəxslərin səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

“Buta Farm” MMC 8 iyul 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 1022-də yerləşir. MMC-nin qanuni təmsilçisi Emil Məmmədov Tahir oğludur.

Dünyapress TV

Xəbər lenti