Razyana (şüyüd toxumu) şəfa verən bitkilərdən biridir. Tünd rəngdə, özünəməxsus qoxusu olan və təamlara qatılan razyana həm də tibbdə istifadə olunur.
Şüyüd toxumu bir çox xəstəliklərin müalicəsində əvəzsiz məhsuldur.
Belə ki, tərkibində fosfor, kalsium, sodium kimi maddələr olan razyana qəbizlik, mədə ağrıları və qaz sancısı problemlərinə yaxşı təsir edir. Razyana A və C vitaminləri ilə zəngindir deyə, qış aylarında xəstələnməyin və immunitet zəifləməsinin qarşısını alır.
Şüyüd toxumunu dəmləyib içə və ya yağından istifadə edə bilərsiniz. Razyananın hər iki halı qan azlığına, səs tutulmasına, stres və depresiyaya, əzələ boşalmasına, bədəndən ödəmin atılmasına, böyrəyə, dəri bərpasına, miqren, baş ağrısı və başqa problemlərə yaxşı təsir göstərir. O, həm də sidikqovucu özəlliyə də malikdir.