1 şəkərburaya görə 33 dəqiqə qaçmalıyıq:
Bayram günlərində yüksək kalorili qidalar süfrələrimizdə üstünlük təşkil edir.

Boyu 1 metr 60 santimetr, çəkisi 63 kiloqram olan və hərəkətsiz həyat tərzi keçirən bir qadın gün ərzində 1550 kalori almalıdır. Hesablamalara görə, bu qadının normal çəkisi 56,8 kiloqram olmalıdır. Az miqdarda artıq çəkisi olan qadın, onun üçün hesablanmış kalori cədvəlinə uyğun hərəkət edərsə, artıq çəki almaz.

Nəzərə alsaq ki, bayram günlərində tətil olur və insanlar daha az fiziki hərəkət edirlər bu kalorilərin orqanizmimizə mənfi təsiri danılmazdır.

Bəs bayram şirniyyatlarının və yeməklərinin kalorisi nə qədərdir?

1 şəkərbura təxminən 335 kaloridir

1 paxlava təxminən 417 kaloridir

1 qoğal 369 kaloridir

100 qram toyuq ətində 239 kalori var

100 qram aşda 360 kalori var

100 qram qoz 654 kaloriddir

100 qram badamda 598 kalori var

100 qram fındıq 650 kaloridir


100 qram yer fındığı 582 kaloridir

Gün ərzində 2 litr soyuq su içmək isə 200 kalori yandırmaq deməkdir.

335 kalorini aşağıdakı yollarla əridə bilərsiz:

Qaçmaq -33 dəqiqə (10 km/s sürətlə)

Velosiped sürmək - 45 dəqiqə (21 km/s sürətlə)

Gəzmək- 90 dəqiqə (6 km/s sürətlə) \\Saglamolun.Az
 
 
 

Dünyapress TV

Xəbər lenti