Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb: 12 hərbçiyə aid olduğu ehtimal edilən skeletlərin əl və ayaqlarının məftillə bağlandığı məlum olub; Qarabağ və ətraf bölgələrdə torpağın altı belə məzarlıqlarla doludur. Dünyanın bunları görməməsinə vərdiş etmişik, son sərhəd toqquşmasından sonra Azərbaycanı ittiham edən ölkələrin bu məzarlıq faktının da üzərindən keçəcəyi bəllidir. İndi yeni trend özümüzdən olanların da məsələ biz olanda səssiz qalanlara qoşulub Azərbaycanı “təcavüzdə”, “erməni əsgərinə qarşı hərbi cinayətlər”də ittiham etməsidir. Ki, onlar da bu məsələdə heç nə olmamış kimi davranacaq. Asif Nərimanlı Teref.az