Bu gündən nöqtə qoyuldu: -
2024-cü il yanvarın 1-də Qarabağdakı keçmiş separatçı rejimin özünü buraxması haqqında fərman qüvvəyə minib.

Qondarma rejimin qurumun fəaliyyətini davam etdirməsinə çalışan siyasi qüvvələrin ləğv edilmiş rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın bununla bağlı ötən il sentyabrın 28-də fərmanını dəyişmək cəhdləri baş tutmadı. Ermənistan ərazisində müxalifətə və Rusiyaya bağlı olan oyuncaq dövlətin yaranmasında maraqlı olmayan Nikol Paşinyan hakimiyyəti Şahramanyana öz imzasına “hörmət” etmək barədə xəbərdarlıq etdi.

Əks təqdirdə, separatçıların fəalları Ermənistan konstitusiyasına zidd fəaliyyətinə görə cəzalandırıla bilərdi. Beləliklə, həm separatçılar, həm də Ermənistan Qarabağdakı qondarma rejimdən rəsmən imtina etmiş oldu. Bu isə öz növbəsində ermənilərin Qarabağa kütləvi qayıdışına, Azərbaycan Ermənistan sülh danışıqlarına təsirsiz ötüşməyəcək.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatları Qarabağda separatizmin aradan qaldırılmasına gətirib çıxarıb:
"Separatçıların keçmiş rəhbəri Samvel Şahramanyanın 2023-cü il sentyabrın 28-də imzaladığı sənəd bu prosesi başa çatdırıb. Təbii ki, qondarma rejimin fəaliyyəti qanunsuz idi. Amma onlar rejimin buraxılmasına dair sənədi imzalamışdı. Həmin fərmana əsasən, yanvarın 1-dən oyuncaq qurum ləğv edilir. Ancaq hələ oktyabr ayından Nikol Paşinyan hökuməti qondarma rejimin Ermənistanda formalaşmasına və fəaliyyətini davam etdirməsinə icazə vermədi.

Ermənistan rəhbərliyi həmçinin separatçılara maliyyə yardımını dayandırıb. Sentyabrın 28-dən etibarən qondarma rejim mövcud deyil. Ötən günlərdə Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı və ona kortejlə gəzməyə icazə verilmədiyi bildirildi. Göründüyü kimi, artıq ermənilərin Qarabağa kütləvi qayıtması prosesi reallaşmayacaq. Rəsmi Bakı bu məsələyə azərbaycanlıların Zəngəzura qayıdışı ilə paralel baxılmasını təklif edir. Təbii ki, bu məsələlər sülh sazişində yoxdur.

Artıq ermənilərin Qarabağa dönüşü də inandırıcı görünmür. Yəni Qarabağ məsələsi yoxdur və bitib. Ermənistan hökuməti də Qarabağdakı separatçılara hər hansı dəstək vermir, onlara hər hansı şərait də yaratmır. Əgər onlar gələcəkdə separatizm ideyalarını dirçəltməyə cəhd etsələr, buna cavab olaraq, Qərbi Azərbaycan hökuməti yaradıla bilər”
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti