Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən, keçmiş məcburi köçkün Akif Ədil oğlu Hacıyev deyib.
O bildirib ki, bu gün Füzuliyə nəvələri ilə qayıdır:
“Mən Birinci Qarabağ müharibəsində könüllü iştirak etmişəm. Ehtiyatda olan zabitəm. Füzulidən çıxanda 40 yaşım vardı, oğlum qucağımdakı nəvəm yaşında idi. Bu gün 71 yaşım var, nəvələrimlə qayıdıram. Hər birimiz Ali Baş Komandana, müzəffər Ordumuza borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınır. Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1 106 nəfərin daimi məskunlaşması təmin edilib.