‼️ Bildiyinz kimi erməni-haylar iddia edirlər ki, Şuşa, Xankəndi şəhərlərinin elə ermənicə öz adları olub. Bəs əsrin əvvəlində onların bundan niyə xəbəri olmayıb? Diqqət edin! 1992-ci ildə, artıq Ermənistan öz müstəqilliyini əldə etdiyi zaman, ölkənin Elmlər Akademiyası, professor Mikayelyanın redaktorluğu ilə "Dağlıq Qarabağ 1918-1923. Sənədlər və materiallar toplusu" adlı kitab nəşr etmişdi. Həmin sənədlər İrəvanın və Moskvanın fondlarında aşkarlanmışdı. Kitabda, Qarabağ ermənilərinin 7-ci qurultayının, 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edilməsi yazılır. 26 bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi ki, “Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir...”