Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan “parlament”də 6 saatlıq müzakirədən sonra açıqlama verib.
DİA.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, separatçı ermənilərə müraciətində toplantıda digər məsələlərlə yanaşı onun “istefa”sı məsələsinin də müzakirə edildiyini deyib.
“Məni təhqir edə, tənqid edə bilərsiniz, amma anlamağınızı istəyirəm. Biz supergüclərə, BMT-yə inandığımız üçün bu nöqtəyə gəldik”, - Arutyunyan bildirib.
Baş separatçı əlavə edib ki, 6 saat davam edən müzakirə nəticəsində vahid qərara gəlmək mümkün olmayıb.
“Mənim “prezident” olub-olmamağım məsələsi də müzakirə olundu. Lazım gəlsə, “istefa” verəcəm”, - Arutyunyan bildirib.