SEPARATÇILAR ARASINDA QARŞIDURMA BÖYÜYÜR -
Rusiyanın Qarabağdakı emissarı, milyarder Ruben Vardanyanla Xankəndindəki qondarma rejimin rəhbərliyi arasındakı qarşıdurma kritik həddə yaxınlaşır. Xəbər verdiyimiz kimi, Vardanyan Ermənistan mətbuatına növbəti açıqlamasında Xankəndindəki separatçı rejimin başında duran Araik Arutyunyandan istefaya getməsini tələb edib.

O, hətta bildirib ki, Arutyunyan onun da arasında olduğu 8 şəxslə görüşdə istefaya gedəcəyinə söz verib, lakin sonradan vədinə əməl etməyib.

Bu arada məlum olub ki, qondarma rejimin “parlamenti”ndə insident baş verib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bugünlərdə bir qrup silahlı erməni qondarma “parlament”ə girərək, iclası yarımçıq saxlayıb.

Karen Motevosyan adlı “səhra komandiri”nin rəhbərlik etdiyi bu silahlı qrup “parlamentin yeni sədri” David İşxanyanı və “parlament” üzvlərini hədələyərək, Araik Arutyunyanın ünvanına səsləndirilən təhqirləri dayandırmağı tələb edib. Həmin silahlı dəstənin şəxsən Arutyunyanı müdafiə və mühafizə etdiyi bildirilir.

Həmçinin, qeyd olunur ki, Motevosyan sosial şəbəkələrdə Arutyunyanı tənqid edən erməniləri də təhdid edib, həmin adamların telefonlarına zənglər edilərək, onlara hədə-qorxu gəlinib. Erməni mətbuatı yazır ki, bütün bunlar qondarma rejimin rəhbərliyi uğrunda Arutyunyanla Vardanyan arasında gedən mübarizənin yeni mərhələsidir və belə görünür ki, Vardanyan bu mübarizədə uduzur.

Bu arada ermənilərin “Faktİnfo” nəşri maraqlı məlumatla çıxış edib. Nəşr bildirib ki, Araik Arutyunyan Azərbaycanla danışıqlara getməyə və Ağdam yolunun açılmasına razılıq verib.

O, hətta yaxın günlərdə Bərdə şəhərində Azərbaycan rəsmilərilə görüş keçiriləcəyini iddia edib: “Hazırda iki çıxış yolu var. Ya Arutyunyan təcili istefaya gedəcək, ya da “artsax”a Ağdam yolu ilə ərzaq gəlməyə başlayacaq. Anonim mənbə bildirir ki, Arutyunyan istefa verməyi ağlına da gətirmir. Deməli, gündəlikdə duran məsələ ərzaqların Ağdam yolu ilə idxal edilməsidir. “Faktİnfo”nun əldə etdiyi məlumata görə, “artsax”da hökumət nəzdində xüsusi komanda hazırlanıb ki, bu komanda yaxın günlərdə - sabah, yaxud birisi gün Azərbaycan tərəfi ilə görüşə gedəcək. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində keçiriləcək”.

Bununla yanaşı, Ermənistanda Ağdam yolundan istifadə edilməsilə heç cür razılaşmayan qatı millətçi qüvvələrin “iniltiləri” səngimir.

Məsələn, Ermənistanda tanınmış diplomatlardan olan, Ermənistan XİN-in sabiq mətbuat katibi, eləcə də bu ölkənin Sinqapurdakı sabiq səfiri Dzünik Ağacanyan Ağdam yolunun açılmasının ermənilər üçün “intihar” olacağını bildirib: “BMT qəqtamə qəbul etmək və dəhlizi açmaq fikrində deyil. Çünki Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanımaq ideyasını dəstəkləyir və artıq BMT-dən nəyisə tələb etmək səlahiyyətlərinə malik deyil... Ağdam yolunun açılması isə öz əlimizlə öz qətlimizi imzalamaq kimidir. Bu, “artsax”a gedən yolun birdəfəlik bağlanması, əbədi olaraq “artsax”la Ermənistanın ayrılması və onun birdəfəlik Azərbaycanda qalması deməkdir... Laçın yolu bağlansa, Ermənistanın məhvi başlayacaq”.

Artıq bütün revanşistlər və qatı millətçilər həyəcan təbili çalır və A.Arutyunyanın Nikol Paşinyanın göstərişilə hərəkət etdiyini iddia edirlər. Separatçılar arasında isə qarşıdurma qızışır və belə çıxır ki, Arutyunyan təşəbbüsü ələ alır. O da məlum olur ki, Arutyunyan istefaya getməyə hazırlaşmır.

Onun komandasının Bakı ilə danışıqlara getməyə hazır olduğuna dair iddialara gəlincə, zatən Qarabağda qalan ermənilərinin başqa çıxış yolu da qalmayıb. Nə BMT Təhlüksizlik Şurası nə də başqa beynəlxalq qurumların ermənilərin təxribatlarına cəlb edilməsi cəhdləri heç bir nəticə vermədi. Azərbaycanın qətiyyətli mövqeyi və beynəlxalq hüququn tələbləri öz sözünü dedi.

Deməli, Qarabağ ərazində qalan erməni toplumu nə qədər tez Azərbaycanın tərkibində yaşamaqla barışsa, itirəcəkləri bir o qədər az olacaq. Bununla razılaşmayanlar isə hansı istiqamətdə getməli olduqlarını özləri yaxşı bilirlər...

C.Məmmədov

“AzPolitika.info”
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti