“BAKI RUSİYA SÜLHMƏRAMLILARINA VETO QOYACAQ” –
“Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyasının yox olması ilə barışmaq lazımdır”

“Mən hazırda Azərbaycan tərəfindən ciddi eskalasiya gözləmirəm. Son iki ildə gördüyümüz kimi onların seçdiyi taktikanı “məcburetmə diplomatiyası” adlandırmaq olar. Bu, həm gücdən, həm də diplomatiyadan istifadədir. Bu o deməkdir ki, biz bəzən eskalasiyanın şahidi oluruq, amma bu, danışıqlar davam etdikcə tammiqyaslı müharibə həddinə çatmır”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Carnegie” Fondunun Qarabağ münaqişəsi üzrə aparıcı eksperti Tomas de Vaal Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan danışıqlarını “Azadlıq” radiosunun erməni xidmətinə şərh edərkən deyib.

Qarabağın erməni əhalisinin gələcəyi ilə bağlı suala cavab verən ekspert deyib ki, hazırda Bakı və İrəvan arasında yalnız ikitərəfli sülh sazişinin müzakirəsi gedir: “Aydındır ki, indiki Ermənistan hökuməti bundan əvvəlki hökumətlərdən xeyli irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İrəvan bunu aşkar beynəlxalq təzyiq altında edir. Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyasının yox olması ilə barışmaq lazımdır”.

Tomas de Vaal deyib ki, Qarabağ erməniləri hazırda Rusiya sülhməramlılarından məyusdurlar, amma heç kimdənsə rusların orada olmasının daha yaxşı olduğunu bilirlər: “Düşünürəm ki, bu barədə pərdə arxasında bizim görmədiyimiz hansısa danışıqlar gedir”.

Ekspert bildirib ki, Qarabağda qalan ermənilərin gələcəyinə dair onların özündə də məsələyə yanaşma birmənalı deyil: “Biz Qarabağın daxilində müxtəlif adamlardan müxtəlif cavablar eşidirik. Əminəm ki, siz bu sualı Vitali Balasanyandan və Samvel Babayandan soruşsanız, fərqli cavablar alardınız. Əminəm ki, Ruben Vardanyan deyərdi: “Biz Rusiya sülhməramlıları ilə danışmalıyıq”. Amma Samvel Babayan deyərdi ki, “biz azərbaycanlılarla sövdələşməyə gedə bilərik”.

Jurnalistin mümkün beynəlxalq mexanizmlər barədə sualına politoloq belə cavab verib: “2020-ci il müharibəsindən sonra problem bundan ibarətdir ki, Azərbaycan hərbi, siyasi və coğrafi mənada hegemon mövqeyə malikdir. Onlar Qarabağ ətrafındakı ərazilərə tam nəzarət edirlər. Onlar şərtləri diqtə edən mövqedədirlər. Ona görə də düşünürəm ki, qərar qismən Bakıda, qismən Moskvada, qismən Qərb paytaxtlarında və yalnız ən son növbədə İrəvanda qəbul ediləcək”.

Tomas de Vaal Qarabağda mümkün beynəlxalq sülhməramlı missiya barədə Ermənistandan səslənən nikbin proqnozlarla bağlı deyib: “Bu ssenarilərdən biridir. Amma biz Azərbaycan rəhbərliyinin ardıcıl olaraq dediyinə diqqət versək, başa düşərik ki, onlar Rusiya sülhməramlılarının çıxıb getməsini və onları heç kimin əvəzləməməsini istəyirlər. Həm də biz Qərb liderlərinin heç birindən bura sülhməramlı missiya göndərmək söhbətini eşitməmişik. Mənim fikrimcə, bu stabilləşdirici variant olardı. Azərbaycan belə bir sülhməramlı missiyanı, deyək ki, 5 və ya 10 il müddətinə qəbul etsəydi, bu vəziyyəti sabitləşdirərdi. Amma görünən budur ki, Bakıdan eşitdiyimiz bu deyil”.

Ekspertin firkincə, Bakı tələsmək lazım olduğunu hiss edir: “Onlar hiss edirlər ki, beynəlxalq situasiya onların xeyrinə inkişaf edir, çünki Rusiya zəifdir, onun diqqəti başqa yerdədir, şərtlərini diqtə edə bilmir”.

Tomas de Vaal xatırladıb ki, Ərdoğan yenidən prezident seçilib, avropalılar Bakı ilə qaz barədə danışıqlar aparırlar: “Amma bu, əbədi belə olmayacaq, çünki Avropa karbohidrogen energetikasından imtina etmək niyyətindədir. Ona görə də Bakıda hiss edirlər ki, onlar üçün bir və ya iki illik açıq pəncərə var və onlar kifayət qədər yaxşı nəticə əldə edə bilərlər. Vaşinqton və Brüssel Prezident Əliyevə mesaj veriblər ki, Qarabağda aşırı gücdən istifadə etməsin. Orada məhdud güc tətbiq edilməsinin bir səbəbi də budur. Prezident Əliyev də Laçın yolundan və sairdən istifadə etməklə Qarabağ ermənilərini sıxmağa çalışır”.

“Rusiya sülhməramlıları Qarabağda qalan erməniləri niyə müdafiə etmirlər” sualına cavab verən politoloq deyib ki, sülhməramlı kontingentin sayı 2020-ci ildən bəri azalmasa da, missiyanın keyfiyyəti azalıb: “Bir çox yüksək rütbəli zabitlər Ukraynaya göndəriliblər. Qarabağdan belə xəbərlər də gəlir ki, sülhməramlılar blokadadan, başqa münaqişə zonalarında olduğu kimi aşkar biznes məqsədləri üçün istifadə edirlər. Onlar ərzaq və başqa malları gətirir və Qarabağ ərazisində qalan ermənilərə daha baha qiymətlərə satırlar. Bu çox xoşagəlməzdir. Amma məncə Prezident Putini indi başqa məsələlər, o cümlədən şəxsən özünün salamat qalması narahat edir”.

Tomas de Vaal Rusiya sülhməramlı missiyasının gələcəyinə dair də fikrini bildirib: “Düşünürəm ki, hazırda nə Bakıda, nə də Moskvada Rusiya sülhməramlılarının çıxarılması təşəbbüsü yoxdur. Böyük bir ehtimalla, Azərbaycan 2025-ci ilin mayında Rusiya sülhməramlı missiyasının uzadılmasına veto qoyacaq ki, onlar 2025-ci ilin noyabrında çıxıb getsinlər. Amma, əlbəttə, o vaxtadək çox hadisələr ola bilər”.
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti