Türkiyədə cəmiyyətin məşhur simalarından Aslı Çetiner və iş adamı Tahsin Çiftkurtun 24 yaşlı qızı Leyla Çiftkurt İngiltərənin paytaxtı Londondakı evində ölü tapılıb.
Leyla Çiftkurtun Londonda universitet tələbəsi olduğu bildirilir.
Aslı Çetiner iki gün Leyladan xəbər ala bilməyib və Londonda təhsil aldığı universitetlə əlaqə saxlayıb. Universitetdən Leylanın dərslərə gəlmədiyi bildirilib. Bu halda Çetiner qızının dostlarından kömək istəyib.
Leylanın dostları polisin müşayiəti ilə onun evinə daxil olduqda şok yaşayıblar. Leyla öz evində ölü tapılıb.
Aslı Çetiner Londona uçub. Polis hələ ki Leylanın müəmmalı ölümü ilə bağlı açıqlama verməyib. Lakin onun intihar edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.