50 yaşlı Stefan Mattias Tailanddan olan 27 yaşlı sevgilisi Veeranuş Buthinkonqla eşq yaşayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük təxminən iki il əvvəl sosial şəbəkədə tanış olub və müntəzəm yazışmağa başlayıb.
Bir müddət sonra hər gün bir-birinə zəng etməyə başlayıblar. Kişi isveçli sevgilisinə onu Avropaya gətirəcəyini və daha yaxşı həyat yaşadacağını deyib. O, işdən məzuniyyət götürərək Tailanda uçub və orada qadının Royet əyalətindəki evinə qonaq gedib. Cütlük birlikdə yaşamağa qərar verərək qohumlarının xeyir-duası ilə birlikdə İsveçə uçmağı planlaşdırıblar.
Tailanda gəldikdən beş gün sonra Mattias sevgilisinin ailəsinə məxsus motosikleti sürmək qərarına gəlib. O, ətrafa baxış keçirməyə gedərkən idarəetməni itirərək xəndəyə düşüb. Sağ ayağından və başından dərin yaralanan şəxsin boynu da sınıb və hadisə yerində ölüb.
Kədərlənən qadın sevgilisinin ölü bədəninin üstündə göz yaşlarına boğulub:
"Qəlbim sınıb. Sevgilim burada cəmi beş gün keçirdi. İndi onsuz heç nəyim yoxdur. Mən ondan ehtiyatlı sürməsini xahiş etdim. Onun bu qədər tez öldüyünə inana bilmirəm, şokdayam”, - o bildirib.