Səfirliyimizə hücum edən terrorçunu Qasim Süleymani yetişdirib? –
“Həyat yoldaşım “Hüseyniyyun” terror təşkilatının üzvü olub”. Yenicag.az xəbər verir ki, “İran Today” siyasi internet qəzeti bu açıqlamanı Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil edən Yasin Hüseynzadənin həyat yoldaşına istinadən yayıb.

Həyat yoldaşının sözlərinə görə, Y.Hüseynzadə İnqilab Keşikçilərindəndir və Qasim Süleymaninin başçılığı altında Suriyada Bəşər Əsəd tərəfində döyüşüb: “Süleymaninin azərbaycanlılardan ibarət radikal şiə qrupu olan “Hüseyniyyun”unda üzvüdür və onun öldürməklə bağlı tərəddütü yoxdur. Qarşısı alınmasaydı, səfirlikdə böyük-kiçik hər kəsi öldürərdi”.

Qeyd edək ki, terrorçunun qızı da hadisədən on gün öncə anası ilə danışdığını bildirib. Bu isə bir daha fars mediasının terror hadisəsini məişət problemi kimi qələmə vermək cəhdini çürütməkdədir.
 

Dünyapress TV

Xəbər lenti