Göyçayda hamilə qadın bətnindəki uşaqla birgə ÖLDÜ
Göyçay rayonunda hamilə qadın yaşadığı evdə dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, rayonun Çərəkə kənd sakini, 1997-ci il təvəllüdlü Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşərək yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər. Bətnində 8 aylıq körpəsi olan hamilə qadın ilk uşağını dünyaya gətirəcəkdi. Müayinə zamanı ana bətnindəki uşağın da öldüyü məlum olub. Fidan Kərimovanın ölümünün səbəbi hələ ki, bilinmir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Müayinə və ekspertiza rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Dünyapress TV

Xəbər lenti