Siyasətçi və dövlət başçılarının şəxsi həyatı həmişə mətbuat və kütlənin marağında olub. Onların bir çoxu isə tarixdə həm də sevgi macəraları və məşuqələri ilə yadda qalıblar. Bakupost.az bir sıra prezidentlər və onların məşuqələri ilə bağlı məlumatları təqdim edir:
1.Mixail Saakaşvili və Yelizaveta Yasko Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə Yelizaveta Yaskonun münasibəti hələ də gündəmdədir. Ukraynalı Yelizaveta deputatdır. Mişa və Yelizaveta sosial şəbəkədə münasibətlərini açıq etiraf ediblər. Qeyd edək ki, Saakaşvili prezident olduğu dövrdə niderlandlı Sandra Rulofsla evli idi. Onların 2 oğlu var. Yasko isə ərdə olmayıb. Saakaşvilinin isə hələ də rəsmən evli olduğu bildirilir.
2.Nikola Sarkozi və Karla Bruni Fransanın sabiq rezidenti Nikola Sarkozi ilə fransız model Karla Bruninin eşqi dillərə dastan idi. 2007-ci ildən görüşən cütlük 2008-ci ildə gizli toyla evləniblər. 25 illik həyat yoldaşından boşanmış Sarkozi Karlaya görə çox risklərə gedib. 2011-ci ildə onların bir qızı da doğulub.
3.Con Kennedi və Merilin Monro Seks-simvol Merilin Monro ilə ABŞ-ın gənc prezidenti Con Kennedi haqqında əfsanələr dolaşsa da, paparazzilərə onları 1 dəfə də olsun, birlikdə yaxalamaq nəsib olmayıb. Monro Kennedi ilə 2-3 dəfə gizli gecə keçirdiyini öz massajçısına danışıb. Sonradan Merilinin ölümünə məhz bu etirafının səbəbin olduğu bildirilirdi.
4.Fransua Mitteran və Anna Pinjo Fransanın daha bir sabiq prezidentinin - Fransua Mitteranın həm arvadı, həm də məşuqəsini eyni sarayda saxlaması onun ölümündən sonra üzə çıxdı. Dövlət başçısının büdcə hesabına yalnız arvadını saxlamağa hüququ olur. Mitteran ölənədək məşuqəsi ilə münasibətlərini gizli saxlaya və onu himayə edə bilib. Ann prezident üçün bir qız da dünyaya gətirib. Mittüranın xanımı Daniela əri öləndə Annanı dəfnə buraxmaq istəmirdi, amma rəsmi mərasimdə o, qızı ilə tabutun yanında dayanmağı bacardı.
5.Valeri Jiskar Desten və Silviya Kristel Silviya “Emmanuel” erotik filminin əsas ulduzu idi. O, Fransa prezidenti Valeri ilə bir çox rəsmi səfər və qəbullara qatılıb. Evli prezident məşuqəsini sevir və bunu gizlətmirdi. O, prezidenti boşanmağa məcbur etsə də, Jiskar məsələni yubadırdı. Amma sonradan şorgöz prezidentin başqa gənc qızlarla da görüşdüyünü öyrəndikdə, bu münasibət ayrılıqla bitdi.
6.JFransua Ollandvə Jüli Qaye Daha bir fransız prezidentin romanı. Aktrisa Jüli Qaye qapısının qarşısında prezident motosikletini çəkən qəzeti məhkəməyə verdi. Amma sonradan gizli eşq üzə çıxdı. 3 illik münasibətdən sonra prezident arvadından boşandı, amma sevgililərin sonunun necə olduğu məlum deyil.
7.Bill Klinton və Monika Levinski Ağ Evin ən qalmaqallı sirri. Prezident Bill Klintonla Ağ evdə təcrübəyə gəlmiş Monika arasında gizli münasibət 2 il sürmüşdü. Qalmaqal yarananda Bill and içdi ki, Monikaya toxunmayıb, amma Levinski ortaya sübutlar qoydu. Bill Klintonun siyasi karyerası bu macəra ilə bitdi, Monika isə səs-küydən Avropaya qaçıb, orda təhsili alır. Amma sonradan heç kim onu ABŞ-da işə götürmür. Qadın sosial psixoloq olub, dissertasiya yazır.
8.Barak Obama və Vera Beyker Barak Obamanın şəxsi asistenti Vera Beyker ilə gizli münasibətinin üstünü prezidentin şəxsi sürücüsü açmışdı. O, müsahibəsində bu barədə etiraf edərək, Obama ilə Vera arasında münasibətlərin 2004-cü ildə senator seçkiləri zamanı başladığını demişdi. Sevgililər Vaşinqtondakı otellərdən birində görüşürdülər. Amma nə Obama, nə Vera bu faktı etiraf etməyib.
9.Vladimir Putin və Alina Kabayeva Məşhur gimnast Alina Kabayeva ilə Vladimir Putinin münasibəti 10 ildən çoxdur mətbuatda müxtəlif deta lları iləmüzakirə olunur. İlk dəfə Kabayevanı Olimpiya oyunlarında izləyən, sonra ona xüsusi medal verən Putin o vaxtdan gimnastla münasibətə başlayıb. 2008-ci ildə Putin rəsmən arvadından boşanır, bir daha tədbirlərdə qadınla görünmür. Kabayeva isə paytaxtdan kənarda xüsusi malikanədə yaşayır. Onun Putindən 2 uşağının olduğu da deyiıir. Baxmayaraq ki, Alinanın tərcümeyi-halında onun subay və uşaqsız olduğu yazılıb. Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Avropa və Amerikanın sanksiya tətbiq etdiyi şəxslərdən biri də Alina Kabayeva və ailə üzvləri idi.
10.Viktor Yanukoviç və Lyubov Polejay Lyubov Polejay Ukraynada prezident sarayında aşpaz işləyən Nadejdanın bacısı idi. O da predzidentlə eyni nəsildən - Enakievlərdən idi. Lyubovun Yanukoviçlə ofisiant işlədiyi restoranda və ya prezident iqamətgahında təşkil olunmuş ziyafətdə bacısının təklifi ilə gəlib ofisiantlıq etdiyi dönəmdə tanış olduğu deyilir. Sonradan Yanukoviç ona Kiyevdə mənzil alır. Mejiqoryedən onun Yanukoviçlə birgə ayrıldığı görülüb. O, eks-prezidentin vertolyotunda şəhərdən çıxıb. Hazırda onların harda yaşadıqları məlum deyil.