Kəmalə Ağazadəni ölümlə
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə şantaj olunur.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə Kəmalə Ağazadə özünün feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığım statusdan sonra başlayıb:

DİA.AZ paylaşımı olduğu kimi təqdim edir:

"Son günlər fəaliyyətimlə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid, şantaj olunuram, ölümlə hədələnirəm. Davamlı olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin məzmunu həyatıma,ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Daxili İşlər Nazirliyi, o cümlədən Baş Prokurorluq bu məsələni araşdıracaq və hüquqi qiymət verəcək.

Təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığım statusdan sonra başlayıb".

Dünyapress TV

Xəbər lenti