Tamaraya SÜRPRİZ:
Hamiləliyindən xəbərsiz olan Tamara adlı turist təyyarədə tualetə gedib və gözlənilmədən uşaq dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

Bildirilir ki, insident dekabrın 8-də Ekvadordan İspaniyaya gedən və Hollandiyada fasilə verən "KLM Royal Dutch Airlines" aviaşirkətinə məxsus laynerin göyərtəsində baş verib.

Sərnişin bildirib ki, onda hamiləlik əlaməti olmayıb, ona görə də uşağln qəfil dünyaya gəlməsi onun üçün əsl sürpriz olub.

"Hollandiyaya enməyə bir neçə saat qalmış qadının mədəsi ağrıdı və o, tualetə getmək qərarına gəldi. O, qucağında bir körpə ilə geri döndü", - nəşr qeyd edib.

Gözlənilməz doğuşdan sonra yeni anaya təyyarənin göyərtəsində Avstriyadan olan iki həkim və tibb bacısı kömək edib. Qadın doğuşdan sonra yanında olan sərnişinlərdən birinin şərəfinə oğluna Maksimiliano adını vermək qərarına gəlib. Təyyarə Şiphol hava limanına enən zaman arvad və uşağı həkimlər qrupu qarşılayıb və Haarlemdə "Spaarne Gasthuis Haarlem Zuid" şəhər xəstəxanasına aparılıb. Ana və yeni doğulmuş körpənin vəziyyəti hazırda yaxşıdır.
 

Dünyapress TV

Xəbər lenti