Teref.az yazır ki, dünyaca məşhur “Harpers Bazaar” jurnalının 1915-ci il dərgisində qısa yubka və ipək corabda model fotosu Amerika və Avropa qadınlarını valeh etdi. O dövrə aid fotolarda görmüş olarsız, qadınlar yerlə sürünən don, altdan isə yun və ya pambıq corab geyinirdilər. Beləliklə 1920-ci ildən ABŞ və Avropa aktrisalarının da filmlərdə qısa geyinməsi ilə İpək Corabların dəbi başlandı. 1930-cu illərin sonuna qədər Yaponiya Amerikanın ipək tədarükünün təxminən 90%-ni təmin edirdi. Yaponiya və ABŞ arasında gərginlik artınca ABŞ ipəyə alternativ axtarmağa başladı. Beləliklə 1939-cu ildə Nyu York Dünya Sərgisində Qərb ictimaiyyətinə yeni icad edilən Neylon Corablar təqdim edilmiş və böyük maraqla qarşılanmışdır. Neylon corablar ABŞ və Avropa mağazalarının ən çox satılan malına çevrilməyə hazırlaşdığı bir zamanda II Dünya savaşının başlanması ilə Amerika bütün zavod və fabriklərini müharibəyə yönəltdi. Müharibə üçün lazım olan materiallar arasında neylon corablar da var idi ki, ölkədə bu mala böyük defisit yarandı. Yüz milyonların can aldığı qanlı müharibədə belə dəbdən geri qalmaq istəməyən, ixtiraçı qadınlar buna da çarə taparaq ayaq makiyajını kəşf etdilər. Bunun üçün ayaqlar qırxılır, neylon rəngli kraska ilə ayaqlar boyanır və ən böyük YALAN: daha real görüntü üçün tikiş effekti yaradaraq göz qələmi ilə ayağın arxasına xətt qoyurdular Dünya savaşı bitsə, neylon corab satışı qayıtsa da qadınların ayaq qırxma alışqanlığı bitmədi. Beləliklə II Dünya savaşı dünya qadınlarına ayaq qırxma dəbi gətirdi ki, səbəbini bugün belə çox adam bilmir. Orxan Atabəyli Teref.az