Danimarkanın vəliəhd şahzadəsi Meri dünən Kopenhagendə keçirilən konfransda çıxış edib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı şahzadə Ümumdünya Vəhşi Təbiət Fondunun “Biomüxtəliflik gözəldir” adlı konfransında çıxış edib.
Qeyd edək ki, Danimarkanın gələcək kraliçası 2020-ci ilin iyununda qayınatası mərhum şahzadə Henrikin 1972-ci ildə yaratdığı Danimarka Vəhşi Təbiət Fondunun prezidenti seçilib. İşgüzar konfrans üçün Meri 2004-cü ildən qarderobunda olan “Dolce & Gabbana”dan kömür zolaqlı yun şalvar seçib. Şahzadə kostyumu qara tısbağa zamşa sivri burun çəkmələri ilə kombin edib. 2016-cı ildə aldığı Prada markalı "Saffiano Double Bag in Navy" dəri çantası da diqqətdən yayınmayıb.
Xatırladaq ki, “Hubertus Hunt” yarışları Danimarkada keçirilib. Bu yarış illik kross yarışlarıdır.