ABŞ-ın Tennessi ştatında yaşayan Phi adlı qadın 8 fərqli kişi ilə münasibətindən 11 uşaq dünyaya gətirib. Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, qadının dedikləri hamını şok edib. Qeyri-adi yaşayışından danışan qadın başqalarının ona damğa vurduğunu, amma vecinə almadığını bildirib. Phi əlavə edib ki, o, başqa kişilərdən uşaq sahibi olmağa davam edəcək. Gənc qadın niyə belə etdiyini də açıqlayıb. Bildirib ki, əgər 1 əri olsaydı və ölsəydi, uşağı atasız qalacağdı. Ancaq 8 fərqli kişidən 11 uşağı olan qadın kişilərdən biri ölsə belə, uşaqlara digər kişilərin baxacağını bildirib. Phinin növbəti açıqlaması da hamını heyrətləndirib. O, peşman olmadığını və bundan sonra fərqli kişilərdən uşaq sahibi olmağa davam edəcəyini bildirib. Qeyd edək ki, gənc qadın sosial media hesabında da uşaqları ilə əylənir və videolar paylaşır. Diqqət çəkən məqam odur ki, Phinin bəzi uşaqlarının ataları qaradərilidir.