Kseniya Sobçak Rusiyadan qaçıb
Teleaparıcı və bloger Kseniya Sobçak ötən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya gedib.

APA xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“O, çərşənbə axşamı günü, gecə gec saatlarda Moskvadan çıxıb. Eyni zamanda internet vasitəsilə dünən Dubaya, bu gün isə Türkiyəyə aviabilet alıb. O, əməliyyatçıları çaşdırmaq üçün belə edib. Nəticədə Belarus vasitəsilə Litvaya daxil olub”, – deyə hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o, qaça bilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. Axtarışın Sobçakın kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə aparıldığı bildirilib.
 

Dünyapress TV

Xəbər lenti