Ukraynada qadınların hərbi qeydiyyatı BAŞLADI
Oktyabrın 1-dən Ukraynada qadınlar könüllülük əsasında hərbi qeydiyyata alınacaqlar.

Teref.az modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib.
O vurğulayıb ki, hakimiyyət ukraynalı qadınlar üçün səyahət məhdudiyyəti qoymağı planlaşdırmır.

“İndi Ukraynanın silahlı qüvvələrində hələ də qadınlara ehtiyac var - tibb, radiotexnika və qida texnologiyaları üzrə mütəxəssislər lazımdır. Ancaq digər peşələrə gəlincə, söhbət könüllü qeydiyyatdan gedir. Arzusu olan, həvəsli olan qadınların qeydiyyatdan keçmək hüququ olmalıdır, biz onları bu hüquqdan məhrum etməməliyik”, - deyə xanım Malyar bildirib.
 
 
 

Dünyapress TV

Xəbər lenti