Suriyanın devrilmiş lideri Bəşər Əsədin ordusunda xidmət etdiyi iddia edilən və ölkədə bir çox qırğınlarda əli olduğu deyilən qadın zabitin görüntüləri internetdə qısa müddətdə viral olub. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Əsədin fotoları qarşısında sol əli ilə hərbi salam verərkən lentə alınan qadın zabitin görüntülərini paylaşanlar belə yazıblar: “Bu qadın təcili tapılmalı və məsuliyyətə cəlb olunmalıdır".
Xatırladaq ki, dekabrın 8-də Suriyada Bəşər Əsədin devrilməsi ilə təkcə onun 24 illik prezidentliyi deyil, həm də ailəsinin Suriyada 50 ildən çox davam edən hakimiyyəti başa çatıb. publika.az