Əmlakına qəsd edilən, torpağı zəbt edilən vətəndaş İnam Kərimovdan ədalət istəyir
Qanuni mülkiyyətində olan mənzili dağıdılaraq, torpağı zəb edilən vətəndaş Mustafayeva Məfkura Abdulla qızı Məhkəmə -Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib.
Hazırda şikayətinə Xəzər Rayon Məhkəməsində baxıldığını vurğulayan vətəndaş Məhkəmə-Hüquq Şurası sədrinin bu prosesi nəzarətə götürməsini və ədalətli qərar çıxarılmasını xahiş edib.

Gununsesi.info-ya təqdim edilən müraciəti olduğu kimi dərc edirik:
Məlumat üçün bildirirəm ki, mənim Bakı şəhəri, Xəzər rayonu, Buzovna
qəsəbəsi, Puşkin küçəsi, ev 1 ünvanında fərdi yaşayış evim Mirzəyev Rəşad Eldar
oğlu tərəfindən dağıdılaraq ev əşyalarım talan edilmişdir. Mənə məxsus Bakı şəhəri,
Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1 ünvanında fərdi yaşayış evimin
olmasını “Azəriqaz Layihə Inşaat” QSC tərəfindən Xəzər rayonu Buzovna
qəsəbəsində yerləşən mənə məxsus fərdi yaşayış evinin qazlandırılmasına dair
44/TŞ-084310/D sənədindən, ona əlavə olunmuş İNİL- 465/2019 saylı, 17 dekabr
2019-cu il tarixli Lisenziyadan va həmin Lisenziyaya əlavədən və tərtib olunmuş
Aktlardan müəyyən etmək olar.
Bundan əlavə “Azərişıq” ASC-nin Enerji təchizatı müəssisəsi ilə məişət
abonenti (əhali) arasında elektrik enerjisinin alqi- satqısının birtipli müqaviləsindən
görünür ki, 29.09.2021-ci i1 tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən
mənə məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair mənimlə
ATS arasında 16304021259456 nömrəli müqavilə imzalanmiş və mənə
0302002008A0028 sayli abonent kodu verilməklə həmin evimə sayğac
quraşdırılmışdır. Buna dair 6445609 sayli Akt tərtib olunmuşdur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1715972276_2.jpg
Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və
quraşdırılması haqqında “Azərişıq ASC”-nin Sayğac quraşdırma va uçota nəzarəti
idarəsinin Xəzər Rayon Filialı tərəfindən mənə verilmiş digər 1754576 saylı,
28.09.2021-ci il tarixli sənəddə yazilanlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu,
Buzovna qəsəbəsi, Puşkin küçəsində mənə məxsus fərdi yaşayış evinə 21533962
nömrəli, M 600 tipli, A 5/100 v 220 olan 1827733 nömrəli dövlət möhürlü, 1694537
alt qapaq möhürlü sayğacın icraçı Cəfər Quliyev tərəfindən quraşdırılması
protokollaşdırılmışdır.
Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən mənə verilmiş 527 saylı,
07.04.2023-cü il tarixli arayışdan görünür ki, mən Mustafayeva Məfkurə Abdulla
qizi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1ünvanında
qeydiyyatsiz yaşayıram.
Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən mənə verilimiş 531 sayli,
10.04.2023-cü il tarixli digər arayişdan görünür ki, mənim Bakı şəhəri, Xəzər
rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən torpaq və əmlak vergisinə
2023-cü il daxil olmaqla vergi borcum yoxdur.
Əlavə olaraq bildirirəm ki, “Azarsu” ASC-nin 004/1/922-tş saylı 12 oktyabr
2021 -ci i1 tarixli Texniki Şərtlərdən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi,
Puşkin küçəsindəki fərdi yaşayış evimin su və kanalizasiya xətti ilə təchiz
olunmasına dair müqavilə imzalanmaqla təmin olunmuşdur.
Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 88 ünvanında 01 sentyabr 2003-
cü il tarixdən qeydiyyatdayam, 1365 saylı, 29.09.2021-ci il tarixli digər arayışdan
görünür ki, mən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində
fərdi yaşayiş evində qeydiyyatsız yaşayıram.
Elektron Çıxarışını bu ərizəyə daxil etdiyim sənəddən görünür ki, Bakı şəhəri,
Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 0,0889 ha torpaq sahəsi
mənim sahibliyimdə və istifadəmdədir. Bu sənəddə mənə məxsus torpaq sahəsinin
Situasiya Plani, koordinatlari və sərhədləri göstərilmişdir.
Məhkəməyə əlavə məlumat vermişəm ki, mən ailəlikcə 4 ildir ki, Xəzər rayonu,
Buzovna qəsəbəsi, Puşkin küçəsində özümə məxsus 0,0889 ha torpaq sahasindaki evdə qeydiyyatsiz yaşayıram.
Məhkəməyə bildirirəm ki, mübahisələndirilən torpaq sahəsi mənə İcra
hakimiyyətinin sərəncamı ilə 1999-cu ildə verilmişdir, lakin həmin torpaq sahəsində
fərdi yaşayış evini dostluq etdiyim Zoya Kavalenko adlı qadın inşa etdiyindən Bakı
şəhəri, Xazar rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 1 sayli evi mən
2010-cu ildə Zoya Kavalenko adlı qadından 25000 (iyirmi beş) min ABŞ dolları
pul verməklə ondan almışam. Sözügedən evi mənə satmiş Zoya Kavalenko isə
Rusiya Federasiyasına köçüb getmişdir. Sonra isə mən külli miqdarda pul
xərcləyərək həmin birmərtəbəli evi təmir etdirmişəm və həyətyanı sahədəki hasari
isə yenisi ilə əvəz etmişəm.
Adıçəkilən ünvanda həm torpaq sahəsinin, həm də evimin rəsmi
sənədləşdirilməsindən ötəri Azarbaycan Respublikası ƏMDK yaninda DƏDRX-nə
müraciət edərkən gözlənilmədən hücumlara və təzyiqlərə məruz qaldim. Bu zaman
qonşuluğumda yaşayan Mirzəyev Rəşad Eldar oğlu adında şəxs peyda olaraq mənim
istifadəmdə olan torpaq sahasinin və evin ona məxsus olduğunu bildirdi. Qısa
müddətdə Baki şəhəri, Xəzər Rayon Polis İdarəsindən mənə təzyiq göstərildi ki,
həmin yaşadığım ünvandan təcili çıxmalıyam və buna görə məni 48 saat müddətində
həbsdə saxladılar. Onların dediyi ilə razilaşmadim. Bunu görən polis əməkdaşları
naməlum bir yüksək vəzifəli şəxsin göstərişi ilə mənə cinayət işi açdılar və guya
onların izahat üçün çağırışlarına gəlmədiyim bəhanəsi ilə barəmdə həbs qəti imkan
tədbiri seçilməsi üçün Xəzər Rayon Prokuroruna müraciət etdilər. Lakin Xəzər
Rayon Prokuroru barəmdə həbs qətiimkan tədbiri seçilməsi üçün Xəzər Rayon
Polis şöbəsinin müraciətini rədd etdi. Buna baxmayaraq məni qorxutmaq məqsədilə
barəmdə qondarma cinayət işi başlanmışdır. Həbsdə qaldığım müddətdə dövlət
orqanları bir neçə texnika gətirərək heç bir məhkəmə qərarı olmadan mənə məxsus
Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1 fərdi
yaşayiş evini darmadağın edib uçurmuşlar. Aşkar görünür ki, naməlum vəzifəli
şəxsin göstərişi ilə dövlət orqanları cavabdeh
Mirzəyev Rəşad Eldar oğlunu qabağa verib ona himayədarlıq edərək heç bir
məhkəmə qərarı olmadan mənə məxsus fərdi yaşayış evini uçurub dağıtdıqdan sonra,
əlavə olaraq mənə cinayat işi də açmışlar.
Mənim evim uçurulub, yerlə yeksan edilib, evimin aşyaları oğurlanıb, məhv
edilib, başqa yera daşınıb. Evimin içində qədim, keçmiş tariximizə aid bahalı rəsm
əsərləri yoxa çıxıbdır. Həmçinin evin keçmiş sahibindən mənə qalan bahali servis
dəstləri oğurlanmışdır. Qədim rəsm əsərləri 20 ədəd idi. Onlarin ümumi dəyəri 70
(yetmiş ) min manat qiymətləndirilmişdir. Çünki evin əvvəlki sahibi onları muzeyə
tahvil vermək istəyini o zaman mənə bildirmişdir. Həmin əsərlərin geri qaytarılması
mənim üçün çox vacibdir.
Mənim başima gətirilən bu oyunlar indiki məhkəmə və hüquq islahatlari
dövründə olduqca çox ağır vəhşilikdir, vandalizmdir. Mənə məxsus mənzilin
içindəki əşyalarla dəyəri 180000(yüz səksən min) manat təşkil edir.
Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən öhdəliyin zərər
vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar
nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün
onun iştirakçıları arasında müqavilə olmalıdır. AR MPM-nin 4-cü maddəsinə əsasən
bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını,
eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş
qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə əsasən hamıya bəlli olan
hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə
müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə
prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Azərbaycan Respublikası Konistitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə
əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq
məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların
qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil
edilmir.
AR MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri
sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3. maddəsinə əsasən Qanunu
pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin
məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası
kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin tələb etdiyi sübutu onda olan
şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu
təqdim edən şəxsə verir.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci
maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini
təmin etməlidir.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, iddiamla bağlı məhkəmənin ədalətli keçirilməsini öz nəzarətinizdə saxlayasınız”.
 
 
 

Dünyapress TV

Xəbər lenti