Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar MƏLUM OLDU
Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.

Meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
 

Dünyapress TV

Xəbər lenti