Qadın qətllərinin sayı niyə artır? -
Son zamanlar qadın qətllərinin sayı artmaqdadır. Demək olar ki, hər həftə iki, bəzənsə üç qadın qətlə yetirilir. Sonuncu dəfə isə özəl klinikalardan birinin həkimi olan Arzu Balabəyovaya əri tərəfindən 14 bıçaq zərbəsi vurulması cəmiyyətdə qəzəblə qarşılandı.
Bəs, qadın qətlərinin artmasının səbəbi nədir? Bunun qarşısını necə almaq olar?

Bakupost.az -ın sualını sosioloq Əhməd Qəşəmoğlu cavablandırıb. O, məsələ ilə bağlı kompleks tədbirlər görülməsinin vacibliyini vurğulayıb:
“Cəmiyyətdə bununla bağlı müzakirələr gedir. Belə qətllərin qarşısını proflaktik yollarla almaq və elmi araşdırmalar aparmaq lazımdır. Məsul qurumlar bu sahəyə lazımi diqqət yetirmir. Cəmiyyətdə vəziyyət günü-gündən mürəkkəbəşdikcə, həssaslaşdıqca, bu cür hadisələrin sayı artır. Təəssüf ki, bu gün Azərbaycanda vacib olan sosioloji araşdırmalar aparılmır, sosial işlər görülmür. Hər il vəziyyət daha da pisləşir".
Sosioloqun sözlərinə görə, ailələrə nəzarət etmək üçün sosial iş xidməti yaradılmalıdır:
“Sahə müvəkkilləri olduğu kimi, sahələr üzrə sosial iş xidməti olmalıdır. Belə olan təqdirdə o işçilərin ailələr barədə məlumatları olacaq. Vaxtında ailələrə məsləhət veriləcək, valideynlər işə cəlb olunacaq, problemləri həll ediləcək və lazım olarsa, hüquq-mühafizə orqanlarına da deyiləcək. Bu gün sosial iş xidməti hava və su kimi lazımdır”.
 

Dünyapress TV

Xəbər lenti