Moskvada bir qadın oğlu ukrayna dilini öyrəndiyi üçün ona qarşı donos yazıb.
TNS xəbər verir ki, bu barədə “Mash” “Telegram” məlumat yayıb.
Qadının bu yola əl atmasının səbəbi oğlunun idman zalında məşq etmək, dronların, mərmilərin və minaların quruluşunu öyrənmək və Quran oxumaq kimi hobbilərindən xəbər tutması olub.
Məlumata görə, əvvəllər 24 yaşlı gənci belə şeylər maraqlandırmayıb, amma bir il əvvəl işləmək üçün Uzaq Şərqə gedib və doqquz aydan sonra anasının bəyənmədiyi yeni hobbilərlə qayıdıb. Qadın oğlunu bu hobbilərindən əl çəkməyə razı salmağa çalışsa da, cəhdləri uğursuz alınıb. Bundan sonra ana radikal addım atmaq qərarına gəlib və polisə şikayət edib.
Hüquq-mühafizə orqanlarının bu müraciətə necə reaksiya verməsi barədə məlumat yoxdur.