Britaniya mətbuatı Rusiya Prezidenti Vladimir Putinin ölkədə fəaliyyət göstərən “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulina ilə eşq macərası yaşadığını iddia edib.
71 yaşlı dövlət başçısı ilə 39 yaşlı qurum rəhbərinin son zamanlar yaxınlaşdığı bildirilib.
Bu barədə "Daily Mai" məlumat yayıb.
Qeyd olunur ki, senator Yelena Mizulinanın qızı olan Yekaterina Londonda təhsil alıb və hazırda Rusiyada internet senzurasına başçılıq edir. Xatırladaq ki, Putin bundan əvvəl tanınmış bədii gimnast Alina Kabaeva (40 yaş) ilə birlikdə yaşayıb. Onların övladlarının da olduğu bildirilir