Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümükün olmayıb. Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.