“Mən İlham Əliyevi Nikol Paşinyanın yerinə təbrik edirəm”-NATALY ALEKSANYAN
“Tezliklə ölkəmizin başçısı bütün qonşu dövlətlərin hökumətlərini təbrik etməyə və qarşılığında təbriklər almağa başlayacaq. Amma o ana qədər, nə qədər ki, cənab Paşinyan susacaq, mən ona kömək edəcəyəm və əvəzində İlham Əliyevi təbrik edəcəyəm. Onun adından yox, onun yerinə”.

Vətəninfo.az xəbər verir ki, bu fikirlər erməni jurnalist Nataly Aleksanyan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi ad günü münasibəti ilə yaydığı açıqlamada qeyd edilir.

Nataly vurğulayır: “Hörmətli cənab Əliyev. Sizi ad gününüz münasibeti ile tebrik edirem. Mən əminəm ki, əmin-amanlıq olacaq və onun qurulması yolunda sizə uğurlar arzulayıram”.
 

Dünyapress TV

Xəbər lenti