Körpənin ana bətnində inkişafı nəfəs kəsicidir. Referans.az bu möcüzəvi proseslə bağlı bəzi faktları təqdim edir.
Yuxu görürlər
İstər inanın, istər inanmayın, ana bətnində olan körpələr böyüklərdən daha çox yuxu görürlər. Hələ heç nə görməzdən əvvəl onların yuxusunun necə formalaşdığını düşünə bilərsiniz. Eşitdikləri səslər və ətrafdakı işıqlar, doğulduqdan sonra bir daha görməyəcəkləri yuxuları formalaşdırır. Bu yuxular körpə 17 həftəlik olduqda başlayır.
Doğulmamış körpə 12 həftədən sonra ağrını hiss edə bilər
Hamiləliyin 12 həftəsində körpənin sinirləri və onurğa beyni ağrı hiss edəcək qədər inkişaf edir. Yeni hissləri ilə göbək bağlarını və üzlərini hiss edə bilirlər. Onlar hətta baş barmaqlarını əmməyə də başlaya bilərlər. İnkişafın bu mərhələsində onlar hələ şaftalı ölçüsündədirlər.
20 həftəlik körpə anasının səsini eşidə bilir
20 həftə körpə üçün uzun müddətdir. 20 həftə sonra körpə artıq anasının səsini eşitdiyi digər səslərdən ayıracaq qədər inkişaf edir. O, doğum zamanı anası olduğunuzu öyrənir. Artıq ultrasəs sayəsində körpənizin hərəkətlərini hiss etməyə başlayırsınız və bununla da, onun cinsini asanlıqla öyrənə bilərsiniz.
Körpə ana bətnində nəfəs alır
Uterus amniotik maye ilə dolu olsa da, bu, körpənizin nəfəs almasına mane olmur. Ağciyərləri formalaşmağa başlayanda, təxminən 5-ci ayda körpəniz onu əhatə edən amniotik maye ilə nəfəs almağa başlayır. Bu nəfəs məşqlərinin anaya əks olunması hıçqırıq hücumlarıdır. Ata üçün əyləncəli tərəf odur ki, o, indi qulağını ananın qarnına qoyanda körpəsinin ürək döyüntüsünü eşidə biləcək.
Doğulmamış körpələr dad hiss edə bilirlər
Alimlər öz araşdırmalarında körpələrin reaksiyalarını ölçmək üçün amniotik mayeyə bəzi fərqli şeylər əlavə ediblər. Körpə şirin əlavələri sevir və onlar adi haldan daha çox amniotik maye udurlar. Turş və ya pis qatqılar olduqda, üzlərini buruşdurmaq kimi narazılıqlarını göstərən üz ifadələri ilə cavab verirlər.
Ananın ürək döyüntüsü körpənin də ürək döyüntüsünə təsir edir
Hamiləliyin son aylarında ananın etdiyi hərəkətlər körpənin ürək döyüntüsünə təsir edir. Ananın ürək döyüntüləri sürətlənirsə, körpənin də ürək döyüntüləri sürətlənir. Odur ki, anaların hamiləlik zamanı sakit olmaları və stress keçirməmələri vacibdir. Beləliklə, bir valideyn olaraq, uşağınıza təsiriniz hələ doğulmamışdan əvvəl başlayır.
Doğulmamış körpələr öyrənə bilər
Körpələrin ana bətnində yaşaması onların öyrənmə qabiliyyətinin olmaması demək deyil. Onlar təkcə analarının səsini digər səslərdən fərqləndirmirlər. Bir neçə il əvvəl aparılan araşdırmada hər gün eyni televiziya verilişinə baxan analar araşdırılıb. Bu analar körpələri dünyaya gəldikdən sonra da nəzarətdə saxlanılıb. Onların ağlama böhranı zamanı ana bətnindən alışdıqları proqramın ümumi musiqisini eşidən kimi sakitləşdikləri müşahidə edilib. Körpələr analarının hamiləlik dövründə qəbul etdiyi bəzi qidaların dadını da ayırd edə bilirlər. \\Referans.az