“Şəhriyarla mən heç vaxt bir yerdə yaşamamışam, oğlum Osman da onun əksikliyini hiss etməyib. Şəhriyarın əli hər zaman onun üstündə olub. Onlar çox yaxşı dostdurlar”. 

Bu sözləri aktrisa və rəqqasə Oksana Rəsulova qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib. 

Sənətçi keçmiş həyat yoldaşı, aktyor və aparıcı Şəhriyar Əbilovun oğlu Osmanla münasibətlərindən söz açıb. Oksana bildirib ki, baxmayaraq ki, onlar boşanıblar,  lakin uşaqları heç zaman atasından və onun nəvazişindən korluq çəkməyib: 

“Övladımız Osman dünyaya gələndən  ata var idi, birdən yox oldu kimi məsələ olmayıb. Oğlum elə bir travma yaşamayıb. Ailəmiz dostluq üzərində qurulub. Osmanla da atasının arasında çox böyük bağlılığı var. Bu isə çox xoşagələn bir şeydir. Düşünmürəm ki, Osman hər iki tərəfdən korluq çəkir. Çünki mənim də, Şəhriyarın da valideynləri var və bir-birilərinə qonaq gedirlər”. 
Qeyd edək ki, Osman aktrisa və rəqqasə Oksana Rəsulova ilə Şəhriyar Əbilovun  nikahından dünyaya gəlib. Cütlük ötən ilin iyulunda rəsmi şəkildə boşandıqlarını açıqlayıblar.