İlham Əliyev və Nikol Paşinyan Qərbin vasitəçiliyinə müsbət yanaşırlar
Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi son anda bəlli oldu.
Blinkenin komandası görüşü son ana qədər gizli saxlamağa çalışıb. Bu anlaşılandır. Moskva Vaşinqtonun vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır və Azərbaycanla Ermənistan arasında özündən başqa ayrı vasitəçini qəbul etmək istəmir.
Buna baxmayaraq, Brüssel və Vaşinqton vasitəçilik təşəbbüslərindən əl çəkmir və bununla Kremlə mesaj göndərirlər ki, Cənubi Qafqaz Rusiyanın arxa baxçası deyil, Qərbin də bu bölgədə maraqları var. Əsas odur ki, İlham Əliyev və Nikol Paşinyan Qərbin vasitəçiliyinə müsbət yanaşırlar.
Münhendəki danışıqlarda real nəticə əldə olunmasa da, Brüsellə Vaşinqtonun moderatorluğunu davam etdirməsi Cənubi Qafqaz üçün faydalıdır.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti