Xəbər verildiyi kimi, bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
“AzPolitika.info” xəbər verir ki, Soçidəki görüş öncəsi maraqlı anlar yaşanıb.
Belə ki, “Rus sanatoriyası”nda keçirilən görüşə hazırlqsız gələn Paşinyan yağışdan qorunmaq üçün V.Putinin çətirinin altında dayanmalı olub, İlham Əliyev isə göy rəngli çətiri ilə özünü yağışdan qoruyub.
Soçidə çəkilmiş bu şəkillər sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib.
Boyca balaca, ölkəsinin qüdrəti Ermənistandan 100 dəfə böyük olan Putinin Paşinyanı öz çətirinin altına alması əsasən belə yozulur ki, Rusiya Ermənistanı öz çətirinin altına aldığını nümayiş etdirib.
Paşinyanın Putinin çətiri altına girməsi sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri bunu “Paşinyan yenidən Rusiyaya sığındı”, “Ermənistan Rusiyadan asılı vəziyyətdə” kimi şərh ediblər.
Bunu Ermənistanın Rusiyanın çətiri altından çıxa bilməməsinin sübutu kimi təqdim edənlər də az deyil.
Putinin bu hərəkətinin Qərbə mesaj olduğunu, Ermənistanın kimin himayəsində olduğunu göstərdiyi kimi fikirlər də mövcuddur.
Paşinyandan fərqli olaraq, belə vəziyyətlərə hər zaman hazırlıqlı olan İlham Əiyevin görüşə öz çətiri ilə gəlməsi Azərbaycanın növbəti dəfə bütün dünyaya müstəqil xarici siyasət yürütdüyünün sübutu kimi təqdim edilib.
Eyni zamanda bunu Azərbaycan tərəfinin Rusiyaya mesajı kimi təqdim edənlər də var: "Hər kəs özünü öz çətiri ilə qorusun və bizim öz çətirimiz var”...