Prezidentin “Euronews”a müsahibəsində dünyaya önəmli mesajlar verildi
Ölkə başçısı İlham Əliyev son illərdə Avropanın və dünyanın aparıcı
informasiya agentliklərinə müxtəlif müsahibələr verib. İyunun 21-də dövlət
başçısı Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən
29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər
Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri zamanı
növbəti dəfə Avropanın ən tanınmış televiziya kanallarından olan
“Euronews” televiziyasına müsahibə verib. Kanalda yayımlanan
müsahibədə bir sıra önəmli məqamlara toxunub.
Müsahibədə cənab Prezident əsasən son zamanlar gündəm məsələsi
olan enerjidən danışılıb. Ölkə başçısı bildirib ki, Azərbaycan nəinki ənənəvi
enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar
üçün cəlbedicidir. Bildirib ki, ““Masdar” Azərbaycanın bərpaolunan enerji
sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230
meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10
qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün
müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
Azərbaycan neft ölkəsi olduğu kimi eyni zamanda bərpaolunan enerji
sahəsində də ciddi yatırımlar edir, uğurlar qazanır. Eyni zamanda
ekspertlər bildirirlər ki, Azərbaycanın torpağının altı “qara qızıl” olduğu
kimi, iqlimi də alternativ enerji üçün idealdır.
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala
malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji
mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır.
Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən,
külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji
potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində
qiymətləndirilir.
Azərbaycan prezidenti müsahibəsində bu məsələyə də toxunub.
Prezident bildirib: “Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi
enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə
gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Azərbaycanın böyük
tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA
Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi
planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”.
Prezident müsahibədə önəmli məqamları da açıqlayıb. O bildirib ki,
milli enerji şəbəkəmizi gücləndirməliyik: “Sərmayədarların verdiyi mümkün
qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə
bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər
bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır”.
Qeyd edilməlidir ki, ölkəmizdə bərpa olunan energetika sahəsinin
inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin
təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul
edilib. Son illərdə sahə üzrə görülən işlər davam etdirilib və bərpa olunan
enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa
olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan
Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq
edilib.
Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, beynəlxalq
tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik:
“Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma
tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii
qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql
olunsun”.
Bakı Enerji Həftəsindən danışan Prezident bunları vurğulayıb:
“Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı
Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə
iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə
təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti
şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun
unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir öncə Xəzər Neft və
Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji
sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji
Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft,
təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.
Hazırda Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi etməyə
hazırlaşır. Dünyanın gözü yenə də bizdədir. Azərbaycanın son illər hərb
sahəsindəki uğurları, diplomatiyadakı qələbəsi, on illərdir etibarlı tərəfdaş
kimi fəaliyyəti onu dünyanın diqqət mərkəzinə gətirib. Şübhə edilmir ki,
COP29 tədbiri də uğurla keçəcək.
Bu barədə danışan cənab Prezident qeyd edib: “Ev sahibliyi edən ölkə
kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi
yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam
edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-
biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin
qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo
 

Dünyapress TV

Xəbər lenti