ZATULİN YENƏ SARSAQLAYIB -
"Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib".

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Ümumiyyətlə Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və Qarabağ klanına dəstək verən başlıca müzakirə platformasıdır" -deyə, ekspert əlavə edib.

Politoloqun sözlərinə görə, Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır.

"Həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirib" - deyə, o, əlavə edib.

E.Şahinoğlu gesab edir ki, Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil:"Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəmsadəcə mövzunu həmkarı Karasin vasitəsilə gündəmə gətirib ki, bu Azərbaycanda etiraz doğurmasın".

Dünyapress TV

Xəbər lenti