Azərbaycan hakimiyyətində Tural Sadıqlıya kompromat informasiyalar ötürən məmur kimdir?
Xaricdə yaşayan bloggerlər Tural Sadıqlı və Əfqan Muxtarlının bir-birilərinə qarşı ittihamlarını izləyirəm. Müşahidə edirəm ki, hər iki şəxs arasındakı qarşılıqlı ittihamlar açıq müstəviyə daxil olub. Bir neçə gün əvvəl T.Sadıqlı özünün "Facebook" hesabında Azərbaycan hakimiyyətinə qarşı xarici mediaya müsahibə vermək istəmədiyini yazmışdı: "Şəxsən mən utanıram, bir əcnəbiyə Əliyev haqqında şikayətlənim...".
Məhz hər şey bu statusdan sonra başladı.
Ardınca Ə.Muxtarlı T.Sadıqlının ünvanına sərt ittihamlar səsləndirmiş oldu: "Tural, sən Avropada hansı Azərbaycan məmuru ilə dərdləşirsən?".
Detallara varmaq istəmirəm, ittiamlar bu gün də qarşılıqlı şəkildə davam edir.
Ə.Muxtarlının bu iddiası - T.Sadıqlını hakimiyyətlə işbirliyində ittiham etməsi kifayət qədər ciddi iddiadır. Şəxsən mənim üçün də maraqlıdır. Uzun müddətdir Azərbaycan hakimiyyətini sərt tənqid edən T.Sadıqlının statusundan sonra Ə.Muxtarlının açıq ittiham səsləndirməsinin tədqiqi aparılmalı, araşdırılmalıdır.
Belə çıxır ki, T.Sadıqlıya hakimiyyətin əsas vitrinində təmsil olunan məmurları təndiq və təhqir etdirən elə hakimiyyətin özündə təmsil olunan məmurlardır?!
Hər iki şəxsin statuslarının skrinlərini bura yerləşdirirəm.
Amma iki mühüm məqamı da açıq şəkildə ifadə edirəm:
Birincisi, Ə.Muxtarlıdan xahiş edirəm, iddia etdiyi kimi, əgər T.Sadıqlı Azərbaycan hakimiyyətində təmsil olunan hansı məmurla görüşürsə, adını mənə desin və mən bunu açıq şəkildə yazım. Vəzifəsindən asılı olmayaraq yazmağa hazıram.
İkincisi, mən uzun illərdir informasiya işləyirəm və hər hansı tənqidin mənbəyini, hədəfini, məqsədini müəyyənləşdirməkdə çətinlik çəkmirəm.
Heç şübhəsiz ki, T Sadıqlının iddiaları hakimiyyətin içindən qaynaqlanır. Hansısa klan hökumətin ən üst eşalonunda təmsil olunan şəxsləri hədəfə alır. Bakıdan Avropaya pullar məhz bu məqsədlə sel kimi axır. Hakimiyyətin içərisindəki savaş xaricdəki bloggerlərə informasiyalar ötürməklə aparılır.
Sahibi gizlədilən xarici domenlər alınır, sayt halına gətirilir, yeni sosial səhifələr yaradılır və eksklüziv araşdırma materiallar dərc edilir. Təbii ki, bloggerlər bu tənqidləri külli miqdarda pulun müqabilində edirlər. Məmurların xalqdan və büdcədən "aldıqları" pulları digər məmurları "vurmaq" üçün xərclədiyi şübhə doğurmur.
Əslində bu üsuldan vaxtilə R.Mehdiyev və komandası da istifadə edirdi. Onlardan "ideoloji" miras kimi qalan üsul - "hakimiyyətdaxili savaşı mediaya daşımaq" texnologiyası yenidən start götür? Bu üsulu yenidən bərpa etməkdə hədəf nədir?
Əvvəllər ölkədə azad media var idi, bütün klanlar yerli medianın səhifələrində "döyüşürdülər". İndi situasiya və çox şey dəyişib.
Samir Feyruzov
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716926351_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716926351_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716926352_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716926353_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716926353_5.jpg
 

Dünyapress TV

Xəbər lenti