Son dövrlərdə işçilərin əmək hüquqlarının məhdudlaşdırılması sahəsində - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarını müşahidə edirəm. Bu yöndə olan qərarlardan biri də-15 Aprel 2024-cü il tarixli Qərarıdır. Məlumdur ki, AR Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Bununla belə bu qərara, rəsmi olaraq təsir edə bilməsək də, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin hüquqşünası olaraq bildirirəm ki, bu ödəniş ilk görünüşdə: işçi ilə - işəgötürən arasında əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə ödənilən əməkhaqqı kimi görünsə də, məzmunca bu ödəniş işçinin Əmək müqaviləsi ilə təyin olunmuş əmək haqqı və ya onun tərkibinə daxil olan digər ödəniş deyildir, xitamla əlaqədar işçiyə əvəzödəmək məqsədi ilə verilən kompensasiya xarakterli bir ödənişdir və ya müavinətdir. Bu əsasdan da, yəni, işçiyə ödənilən bu ödənişlər - kompensasiya və ya müavinət xarakterli ödəniş olduğuna görə bu ödənişlərdən gəlir vergisinin tutulmaması daha ədalətli və qanuni olardı. AR Konstitusiya Məhkəməsinin Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğvedilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinətlər, kompensasiyalar və sair) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175 -ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Qərar,Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş bu əmək münasibətinə aiddir: İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azer Quliyev TEREF