Kremlin əsas media ruporlarından biri sayılan Vladimir Solovyovun son çıxışı internetdə geniş yayılıb, onun yenə ermənilərə və Qarabağ separatçılarına sevgisi müzakirə predmetidir. Solovyovun bu mövqeyində yenə heç nə yoxdur. Məni onun çıxışında Yunanıstan və Bolqarıstanın ünvanına atmacalar diqqətimi çəkib. Solovyov zamanında Rusiya imperiyasının Yunanıstanı və Bolqarıstanı Osmanlı Türkiyəsindən müdafiə etdiyini, rus döyüşçülərin bu iki dövlətin müstəqilliyi uğrunda canlarından keçdiyini, ancaq həm yunanların, həm də bolqarların satqın çıxdıqlarını bildirib. Solovyov yunanların və bolqarların satqınlığını Rusiyanın düşməni Amerika ilə yaxınlığı və Ukraynaya silah göndərmələri ilə əlaqələndirib. Solovyovun xəstə məntiqinə görə, əgər 200 il əvvəl ruslar yunanlara və bolqarlara kömək ediblərsə, indi Yunanıstan və Bolqarıstan Rusiyanın Ukraynaya qarşı işğalını dəstəkləməli imişlər. Yunanıstan və Bolqarıstan NATO və Avropa İttifaqının üzvüdürlər və ümumi qərarlara tabedirlər. Elə Solovyovun sözləri ona dəlalət edir ki, Kremlin vaxtilə qardaş adlandırdığı Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarının Rusiyadan üz döndərməsinə səbəb olub. Elxan Şahinoğlu TEREF