Ermənistanın İrandan aldığı dronlar və raketlər vasitəsilə Ukrayna şəhərlərini bombalayan Rusiyadan fərqi qalmayacaq.
Ermənistanda İran üzrə ekspertlərdən biri deyib ki, İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir, ancaq baş nazir Nikol Paşinyan qonşusundan silah və hərbi texnika almağa çəkinir. Erməni ekspert bu açıqlamanı durduğu yerdə səsləndirməyib, o, İranın mövqeyini Ermənistan ictimaiyyətinə ötürüb. Böyük ehtimalla Paşinyanın hərbi əməkdaşlıqdan imtina barədə məlumatı İranın Ermənistandakı səfirliyinin əməkdaşları özlərinə yaxın bildikləri erməni ekspertinə ötürüblər. Tehran sadə məntiqdən çıxış edib: “Siz Rusiyadan və uzaq Fransadan hərbi texnika aldığınız halda dostunuz, tərəfdaşınız və dəstəyini sizdən əsirgəməyən İrandan niyə hərbi texnika almırsız?”
Nikol Paşinyan İrandan ona görə hərbi texnika almaq istəmir ki, o bir ayağıyla Qərbdədir, Fransadan hərbi texnika alır, Pentaqondan xahiş edir ki, Ermənistan ordusuna təlimlər keçsin. Bunlar varkən, Paşinyan İrandan hərbi texnika alarsa Qərbin dəstəyindən məhrum olacaq. Çünki, bu halda Qərb üçün Ermənistanın İrandan aldığı dronlar və raketlər vasitəsilə Ukrayna şəhərlərini bombalayan Rusiyadan fərqi qalmayacaq.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti